Arqon-karbon dioksid

Oxygen

Arqon-karbon dioksid
© C-50 (50% arqon/50% C02) boruların qısa qövs qaynağı üçün istifadə olunur.
® C-40 (60% arqon/40% C02) boruşəkilli elektrodların qövs qaynağı işləri üçün istifadə olunur. C-25 –dən daha yaxşı qaynaq penetrasiyası.
© C-25 (75% arqon/25% C02) əsasən həvəskarlar tərəfindən və kiçik miqyaslı hasilatda istifadə olunur.
Qısa dövrə və kürəvi köçürmə qaynağı ilə məhdudlaşır. Aşağı karbonlu poladın qısa qapanmalı qaz metal qövsü qaynağı üçün geniş yayılmışdır.
© C-20 (80% arqon/20% C02) qısa qapanma və karbonlu poladın püskürtməli ötürülməsi üçün istifadə olunur.
© C-15 (85% arqon/15% C02) karbonlu və yüngül lehimli poladların istehsalında geniş yayılmışdır. Qalın lövhələr və dəmir oksid təbəqəsi ilə əhatə olunmuş polad üçün müvafiq olan aşağı səviyyədə püskürməyə və yaxşı qaynaq penetrasiyasına malikdir. Qısa qapanma rejimində nazik metallar üçün maksimal məhsuldarlıq yönləndirmək üçün CO2 qarışıqlarına nisbətən daha aşağı meylliliyə malikdir və müvafiq çökmə nisbətinə sahibdir. Qısa dövretmə, sferik, nəbz və sprey köçürmə qaynağı üçün müvafiqdir. Qısa qapanma rejimində nazik metallar üçün maksimal məhsuldarlıq yönləndirmək; daha yüksək CO2 qarışıqlarına nisbətən daha aşağı meylliliyə malikdir və müvafiq yüksək çökmə dərəcələrinə sahibdir.
© C-10 (90% arqon/10% CO2) istehsal mühiti üçün səciyyəvidir. C-15-dən aşağı olmasına baxmayaraq, aşağı səviyyədə çiləmə və qaynağın effektiv penetrasiyası qabiliyyətinə malikdir. Əksər poladlar üçün münasibdir. 85/15 nisbətində qarışıq ilə eyni üsulda tətbiq olunur. Ferrit paslanmayan polad üçün müvafiqdir.
® C-5 (95% arqon/5% CO2) metal tökmə əməliyyatlarında impulslu cərəyan ilə ötürülmə və aşağı dərəcədə aşqarlanmış poladdan irəli gələn qısa qapanma üçün istifadə edilir. C-10-dan az olmasına baxmayaraq, dəmir oksid təbəqəsi üçün yüksək dözümlülüyə və lilə arqon-oksigendən daha yaxşı nəzarət qabiliyyətinə malikdir. C-10-dan daha az istiliyə malikdir. Ferrit paslanmayan poladlar üçün müvafiqdir. 1% oksigenli arqon ilə eyni fəaliyyətə malikdir.
© Arqon-oksigen
© 0-5 (95% arqon/5% oksigen) karbonlu poladın ümumi olaraq qaynaq edilməsi üçün ən çox istifadə olunan qazdır. Tərkibində olan yüksək səviyyədə oksigen qaynaq işlərinin daha yüksək sürətlə aparılmasına imkan yaradır. 5%-dən artıq oksigen qoruyucu qazın elektrodu oksidləşdirməsinə şərait yaradır. Elektrod kifayət qədər oksigen çıxarma qabiliyyətinə malik maddələrdən ibarət olmazsa, bu, sahədə məsaməliliyin formalaşmasına gətirib çıxara bilər.
© 0-2 (98% arqon/2% oksigen) çiləmə ilə paslanmayan poladın, karbonlu poladın və aşağı səviyyəli aşqarlanmış poladın elektro qövs qaynağı üçün istifadə edilir. 0-1-dən daha yaxşı nəmləndirmə qabiliyyətinə malikdir. Qaynaq edilmiş hissə daha tünd rəngdə olur və 0-1-ilə daha çox oksidləşdirilir. 2% oksigenin əlavə olunması metalın qövs vasitəsilə çiləmə yolu ilə ötürülməsinə şərait yaradır. Bu da çiləmə qövsü və impulslu çiləmə qövsü GMAW üçün olduqca əhəmiyyətlidir.
© 0-1 (99% arqon/1% oksigen) paslanmayan poladlar üçün istifadə olunur. Oksigen qövsü sabitləşdirir.
Digərləri
© Tərkibində 25-35% helium və 1-2% CO2 olan arqon qazı austenit sinifli paslanmayan polad üzərində yüksək effektivliyi və düzgün qaynaq işlərinin aparılmasını təmin edir. Ondan paslanmayan poladı karbonlu polada birləşdirmək üçün istifadə edilə bilər.
® 1-2% hidrogenli arqon-CO2 qaynaq edilmiş səth üzərində oksidin miqdarını aşağı salan, nəmləndirməni və penetrasiyanı artıran reduksiyaedici mühit yaradır. Austenit sinifli paslanmayan poladlar üçün effektivdir.
© 2-5% azot və 2-5% CO2-yə malik arqon qazı qısa qapanma zamanı qaynağı düzgün forma və rənglə təmin edir və qaynaq prosesinin sürətini artırır. Çiləmə və impulslu çiləmə yolu ilə qövs vasitəsilə metalın ötürülməsi baxımından bu, digər trimikslərlə demək olar ki, bərabərdir. Azotun iştirakı ilə paslanmayan poladı karbonlu polada birləşdirən zaman, müvafiq qaynaq mikrostrukturunun təmin edilməsinə diqqət yetirilməlidir.
Azot qövsün sabitliyini və qaynaq etmə dərinliyini artırır və qaynaq edilmiş hissənin deformasiyasını azaldır. İkifazalı paslanmayan poladda azotun tərkibinin düzgün saxlanılmasına kömək edir.
5-10% arqon və 2-5% C02-yə malik 85-95% helium qazı karbonlu poladın qısa qapanmalı qaynaq işləri üçün sənaye standartıdır.

Qoruyucu qazların tətbiqi ilk növbədə qazın dəyəri, avadanlığın qiyməti və qaynaq işlərinin aparıldığı yer ilə məhdudlaşır. Arqon kimi bəzi qoruyucu qazlar bahadır və bu da onların istifadəsini məhdudlaşdırır. Qazın daşınması üçün istifadə olunan avadanlıq da ayrıca əlavə vəsait tələb edir. Nəticə etibarilə daha ucuz avadanlıqların tələb olunduğu qoruyucu metal qövsün qaynaq edilməsi kimi işlərə müəyyən hallarda daha çox üstünlük verilə bilər. Yekun olaraq, havanın hərəkəti qaynaq işləri aparılan yerin ətrafında olan qoruyucu qazın yayılmasına səbəb ola biləcəyi üçün, qoruyucu qazların lazım olduğu qaynaq işləri adətən havanın sabit olduğu və atmosferdəki qazların qaynaq işləri aparılan sahəyə daxil olmasının qarşısının effektiv olaraq alına biləcəyi yalnız qapalı ərazilərdə aparılır.

Qaz axının arzu olunan dərəcəsi ilk növbədə qaynağın geometrik xassələrindən, sürətindən və cərəyan axınından, qazın növündən və istifadə olunan metalın ötürülmə rejimindən asılıdır. Qaz çox sürətlə yayıldığı üçün, qaynaq edilən müstəvi səthlər üçün qaynaq edilən dəlikli materiallara nisbətən daha çox cərəyan axını tələb olunur. Daha sürətli qaynaq etmə sürəti ümumilikdə kifayət qədər təsir dairəsini təmin etmək üçün daha çox qazın təchiz edilməli olduğu anlamına gəlir. Bundan əlavə, daha yüksək cərəyan üçün daha çox axın tələb olunur və ümumi olaraq kifayət qədər təsir dairəsi təmin etmək üçün arqona nisbətən daha çox helium qazı tələb olunur. Bəlkə də ən əhəmiyyətlisi odur ki, GMAW –in dörd əsas variantı müxtəlif qoruyucu qaz axını avadanlıqlarına malikdir. Qısa qapanma və impulslu çiləmə rejimində olan kiçik qaynaq hovuzları üçün ümumilikdə təxminən 10 L/dəq (20 flf/saat) müvafiqdir, lakin qlobal ötürmə üçün təxminən 15 L/dəq (30 ft3/saat)-yə üstünlük verilir. Metalın qövs vasitəsilə çiləmə yolu ilə 20-25 L / dəq (40-50 ft3/saat) xətləri boyunca ötürülməsi yüksək istilik girişi və daha geniş qaynaq hovuzuna malik olduğu üçün daha çox tələb olunur.

©2020