Haqqımızda

Real-Qaz MMC 2003-cü ildə təsis edilmiş və Azərbaycanın texniki qazlar bazarında öz peşəkarlığı ilə seçilən şirkətlərdən biridir. Real-Qaz sənaye, texniki, tibbi və xüsusi qazların, eləcə də qaz qarışıqların istehsalı, satışı və xidməti üzrə fəaliyyət göstərir. Zavodumuzda istehsal etdiyimiz və satışa çıxardığımız bütün növ qazları akkreditə olunmuş laboratoriyamızda təhlil edirik.

Daha yüksək tutumlu hasilata və inteqrasiya olunmuş satış şəbəkəsinə malik olan Real-Qaz, Azərbaycan, Gürcüstan və Orta Asiyanın istənilən bölgəsinə operativ çatdırılma həyata keçirməklə daim müştərilərin xidmətindədir.

O cümlədən, Tiflisdə, İstanbulda və Taşkəntdə fəaliyyət göstərən ofislərimiz, Gürcüstanın, Türkiyənin və Özbəkistanın neft-qaz, tikinti, tibb və qida sahəsində çalışan şirkətlərinə hər növ qazların təchizatını həyata keçirir.

Real-Qaz Azərbaycanın texniki qazlar üzrə ilk dəfə 7 Dekabr 2005-ci ildə Beynəlxalq Standartlaşdırma Təşkilatının (İnternational Organization for Standardization, ISO) 9001:2000 və o cümlədən OHSAS 18001: 2007 sertifikatları ilə təltif olunmuşdur. Şirkət, keyfiyyət, əmək və ətraf mühitin qorunması ilə bağlı, ISO 9001: 2015, ISO 14001: 2015 və ISO 45001:2018 beynəlxalq standartlarına uyğun inteqrasiya edilmiş idarəetmə sistemini tətbiq edir.

Əlavə olaraq,DNV GL 2.7-1 standartına cavab verən manifoldlu və manifoldsuz rackların istehsalı Real-Qaz tərəfindən həyata keçirilir. Fəaliyyət sahəmizi 2 litrdən 50 litrə və 200, 300 və 450 bar-dək qaz balonlarının istehsalı, təhlükəli yüklərin daşınması, qaz alətlərinin satışı (kəsicilər,reduktorlar, manometrlər), LAR, LIN, LOX, CO2 çənlərin təchizini əhatə edir.

Real-Qazın müxtəlif növ balonları hidrostatik sınaqdan keçirməsi üçün Fövqəladə Hallar Nazirliyindən rəsmi icazəsi vardır. Bu səbəbdən şirkət sonradan müvafiq sertifikatı təqdim etməklə qaz balonların hidrostatik sınağının zəruriliyi ilə bağlı qərarlar qəbul edə bilər.

Real-Qaz fəaliyyət göstərdiyi müddət ərzində birçox nailiyyətlərə imza atmışdır. Buna misal olaraq, 22 May 2006-cı il Madriddə “Ticarət Liderləri Klubu” tərəfindən keçirilən layihəyə əsasən 95 ölkədən 7000 üzvün səsvermə nəticəsi ilə Real-Qaz “İnkişaf Trayektoriyası və Biznesin Təkmilləşdirilməsində Ən Yaxşı Ticarət Adı” (New Millennium Award) beynəlxalq mükafatla təltif olunmuşdur. 2007-ci ildə isə BP Müəssisələr Mərkəzi tərəfindən keçirilən “Ən Yaxşı Biznes Mükafatları”(Best Business Awards) layihəsində mükafatlandırılmışdır. Həmçinin, şirkət 20 dekabr 2008-ci ildə İsçevrənin Cenevrə şəhərində məhsulların və göstərilən xidmətlərin keyfiyyət və üstünlüyü işində korporativ nailliyyətin əldə edilməsi və onun tanınmasında müstəsna xidməti olan müəssisə olaraq “Keyfiyyət və Üstünlük üzrə Əzəmətli Beş Qitə Mükafatı”na (The Majestic Five Continents Award for Quality & Excellence) layiq görülmüşdür. Digər bir nailliyətimiz isə 2014 –cü ildə əldə etdiyimiz Beynəlxalq Xəzər Neft və Qaz sərgisi çərçivəsində BP tərəfindən təşkil olunan “Alıcı ilə tanış ol”(MEET THE BUYER 2014) tədbirində “Ən yaxşı SƏTƏM göstəricisi” nə (THE BEST HSE PERFOMANCE) görə BP tərəfindən layiq görülmüş mükafatdır.

Son olaraq, onu da qeyd etməliyik ki, Real-Qazın Əmtəə Nişanı 22 iyun 2010 - cu ildən etibarən Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən qeydə alınmışdır.

Xidmətlərimiz

user-image

Qaz stellajlarının təchizatı

Bizim quruda və suda qaz kollektorlarından istifadə edərək və ya etmədən 40 və 50 litr tutumlu, 150, 200 və 300 barlıq 12, 16, 48 və 64-lük silindrlər saxlaya biləyən qaz stellajlarımız var. DNV 2.7.1 standartına cavab verən və spesifik olaraq bizim şirkət üçün hazırlanmış stellaj tərtibatlaşdırma modelinə uyğun olan bütün stellajlar zavodumuzda istehsal olunur. Bizim stellajlarımız ildə bir dəfə qaldırılması məqsədilə sınaqdan keçirilir və sertifikatlaşdırılır. Şirkətimiz oksigen, arqon və arqon qaz qarışıqları, azot, karbon dioksid, propan, asetilen və helium qazları üçün stellajlar təchiz edir. Stellajlar icarə əsasında tədarük olunur və həmçinin satış üçün təmin oluna bilər.

user-image

Qaz silindrləri ilə iş

Şirkətimizin istifadəsinə 5 illik zəmanət verilən qaz silindrlərinin hidrostatik sınaqdan keçirilməsi üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən rəsmi icazəsi vardır. Sınaq nəticələri olaraq, biz istehsal etdiyimiz bütün silindrlər, eləcə də müştərilərimizin sifarişlərinə əsasən malik olduqları silindrlər üzrə müvafiq sertifikatla təmin edirik. Kodlaşdırılmış rənglərə müvafiq olaraq silindrlərin rənglənməsini, ventillərin dəyişdirilməsini,eləcə də təmir və bərpa işlərini icra edirik. Qazlar sınaqdan keçirilmiş silindrlərdə yerləşdirilir, silindr və qazlar müvafiq olaraq sertifikatlaşdırılır.

user-image

Nəql edilməsi

Bizim şirkət olaraq təhlükəli qazların daşınması üzrə lisenziyamız var və müştərilərimizin tələblərinə əsasən qaz silindrlərinin müvafiq yerlərə çatdırılması işini həyata keçiririk. Eləcə də biz yerli dövlət təşkilatları və müştərilərimizin tələblərinə əsasən təhlükəli malların daşınması üçün nəzərdə tutulan xüsusi nəqliyyat vasitələri ilə təmin olunmuşuq. Maye azot, maye oksigen və maye arqonun daşınmasında 14m3 tutuma malik xüsusi sisternli maşınlardan istifadə edirik.

user-image

Silindr tullantılarından istifadə

Yerlərdən hər hansı növ silindr tullantısını toplayaraq yenidən istifadəsini həyata keçiririk. Qaz silindləri, yanğınsöndürən qurğular, agent soyuducular üçün silindrlərin istifadəsi ilə bağlı sifarişlər qəbul edirik. Ventillər söküldüyü, silindrlər tamamilə boşaldığı və yenidən emal zamanı sıradan çıxdığı təqdirdə onlar müştəriyə qaytarıla və ya metal tullantıları olan əraziyə aparıla bilər.

Fəaliyyətimiz

RealQaz MMC tərəfindən göstərilən xidmətlərin əhatə dairəsi aşağıdakı kimidir:

  • Qazların təchizatı

    Arqon/maye arqon (Ar)/arqon qaz qarışığı, karbon dioksid/maye karbon dioksid (CO2), azot/maye azot (N2), oksigen/maye oksigen(O2), helium (He), sıxılmış hava, hidrogen (H2), propan (C3H8), asetilen (C2H2) tipli sıxılmış, maye halında olan və həcmli qazların, eləcə də kalibrləmə qazları və digərlərinin təchizatı

  • Polad qaz balonlarının istehsalı

    Azərbaycanda ilk dəfə olaraq yüksək təzyiqli (200 bar və 300 bar) tikişsiz polad qaz balonlarının istehsalçısıdır

    Daha ətraflı məlumat: Vitkovice Cylinders

  • Qaz balonlarının təchizatı və satışı

    * Tutum göstəricisi: 10-50 litr

    * İşçi təyiqi: 150 bar, 200 bar, 230 bar, 300 bar

  • Balonlar ilə istifadə

    * Yoxlama

    * Hidrostatik sınaq

    * Bərpa işləri

    * Təmir edilməsi

    * Rənglənməsi

    * Sertifikatlaşdırılması

  • Qaz aksesuarlarının satışı

    * Qaz reduktorları

    * Qaz şlanqları

    * Boru birləşdirici hissələr (fittinqlər)

    * Qaz ventilləri

    * Qaynaq aksessuarları

  • Digərləri

    * Təhlükəli malların daşınması

    * Tullantı balonlarının utilizasiyası

    * Quru buzun təchizatı

    * Freonların təchizatı

  • Quraşdırma

    * Qaz balonları üçün xüsusi çərçivələrin hazırlanması və təchizatı

    * Manifold sistemlərinin tərtibatı, quraşdırılması, yoxlanılması və istifadəyə verilməsi

©2020